A

UNEC-in təqdim etdiyi təhsil imkanlarını regionlarda tanıtmaq, orada təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə universitetin professor-müəllim heyətinin Azərbaycanın bölgələrinə səfərlərinə start verilib.

İlk görüş Şirvan  və Sabirabad rayonlarının məktəbliləri ilə olub. UNEC-in “Standartlaşdırma və sertifikasiya” kafedrasının müdiri, professor Zabit Aslanov, universitetin dosentləri Xankişi Xankişiyev  və Azər Hüseynov həmin rayonların aparıcı məktəblərinin yuxarı sinif şagirdləri ilə bir araya gəliblər.

Nümayəndə heyəti şagirdlər qarşısında  UNEC barədə təqdimatla çıxış edib. Şagirdlərə UNEC-ə I, II, IV və V ixtisas qrupları üzrə qəbulun həyata keçirildiyi, tədrisin 4 dildə - Azərbaycan, ingilis, rus və türk dillərində aparıldığı blidirilib. Universitetdə tədris prosesinin tamamilə elektronlaşdırıldığı, bütün auditoriyaların elektron tribuna və proyektorlarla təchiz edildiyi vurğulanıb. Beynəlxalq olimpiada qaliblərinə, 600 və daha yüksək bal toplayan tələbələrə əlavə olaraq bir semestr boyu aylıq 100 AZN həcmində xüsusi təqaüd verildiyi, həmçinin hər kurs üzrə ən yüksək nəticə göstərmiş 15 tələbəyə universitet hesabına ikinci əlavə təqaüd verildiyi qeyd edilib. UNEC-in Amerika və Avropa universitetləri ilə ikili diplom və mübadilə proqramları barədə də ətraflı məlumat verilib. UNEC-in 24/7 kitabxanası, Yaradıcılıq Mərkəzi, İdman Klubunun fəaliyyətindən bəhs olunub.

Sonra şagirdlərə bukletləri paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay