A

“Həftənin kitabı” layihəsi bu həftə “YAŞIL İQTİSADİYYAT: Ekoloji və iqtisadi krizlərə qarşı antiböhran idarəetmə modeli” kitabını təqdim edir.

Kitabın müəllifləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, UNEC-in dosenti Sadiq Qurbanov, UNEC-in Elmi Fəaliyyətin Təşkili və İdarəedilməsi Departmentinin direktoru, Əməkdar müəllim, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov, elmi məsləhətçisi isə UNEC rektoru, professor Ədalət Muradovdur.

Kitabda  yaşıl iqtisadiyyat paradiqmasının formalaşması və inkişaf istiqamətləri, tullantısız, tsiklik iqtisadiyyat, yaşıl inkişafa əsaslanan iqtisadiyyat, bioiqtisadiyyat, aşağı karbonlu iqtisadiyyat, ekosistem və dayanıqlı iqtisadiyyat kimi bir-biri ilə əlaqəli mövzular təhlil edilib.

427 səhifəlik “Ekoloji və iqtisadi krizlərə qarşı antiböhran idarəetmə modeli” kitabı 2024-cü ildə çapdan çıxıb. Oxucu-istifadəçilər kitabla UNEC KİM-in 24/7 Kitabxanasından tanış ola bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay