“Həftənin kitabı” bu həftə oxuculara “Sosial işdə etik prinsiplər və dəyərlər. Hərtərəfli tədris planına kompleks yanaşma” kitabını təqdim edir.
Kitabın müəllifi tanınmış tədqiqatçı-alim, hüquq üzrə elmlər doktoru, professor Allan Edvard Barskidir.
Kitabda sosial iş etikası təcrübəsi sosial işçilərə hörmət, insani münasibətlər, xidmət, səriştə və dürüstlük kimi sosial iş dəyərlərini necə təşviq etmək barədə təlimat verilir. Dərslik özlüyündə ixtisasa yeni yiyələnən tələbələrdə müştəri və digərləri ilə ziddiyyətli dəyərlər, habelə öhdəliklərlə qarşılaşanda yaranan dilemmaların idarə edilməsi haqda, bu dəyərləri praktikada necə tətbiq etmək barədə real anlayış formalaşması məqsədini daşıyır. Eləcə də, kitabda çoxsaylı keys nümunələri və tapşırıqlar tələbələrin tənqidi düşüncə ilə bağlı problemlərinin həlli və bir sıra təcrübələr zamanı yaranan vəziyyətlər üzrə bacarıqlarının inkişaf etdirilməsi üçün real ssenarilər təqdim edilib.
“BP Azərbaycan” şirkətinin dünyaca məşhur akademik kitabların tərcümə edilməsi sosial layihəsi çərçivəsində A.E.Barskinin bu kitabının ingilis dilindən Azərbaycan dilinə tərcüməsi Tamilla Əlizadəyə aiddir.
“Sosial işdə etik prinsiplər və dəyərlər. Hərtərəfli tədris planına kompleks yanaşma” dərs vəsaiti 568 səhifədən ibarətdir, 2020-ci ildə çapdan çıxıb.
Oxucular kitabı UNEC-in 24/7 Kitabxanasından, eləcə də bütün tədris binalarında olan UNEC kitabxanalarından əldə edə bilərlər.