A

1 aprel 2023-cü il tarixindən etibarən İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF-ARM) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində “İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyası” adlı mühazirələr kecirilir.

Keçirilən mühazirələrin açılış mərasimində İƏGF-ARM-in nümayəndəsi tərəfindən “İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyası” adlı bu tədbirlərin keçirilmə məqsədi və vəzifələri haqqında məlumat vermiş, xüsusilə Qarabağ həqiqətlərinin dünya ictimaiyyəti arasında yayılması barədə iştirakçılara məlumat verib və tədbirlərdə təşkilati dəstəyilə bu fürsəti yaratdığı üçün UNEC rəhbərliyinə təşəkkürünü bildirmiştir. Daha sonra UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Nərmin İbrahimova çıxış edərək UNEC ilə İƏGF-ARM arasında bu proqram çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirib. Açıq elan olunan bu tədbirin ilk həftəsində mühazirələr Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nassir Abdul Kareem A. Rahem və ADA Universitetinin prorektoru Dr. Fariz İsmayılzadə tərəfindən müvafiq olaraq “Müsəlman dünyası və Fələstin” və “Müasir dövrdə ictimai diplomatiya” adlı mövzularda aparılmışdır. Aprel-may ayları UNEC-in üçüncü tədris binasının Akt zalında davam edilməsi nəzərdə tutulan silsilə tədbirlərin ikinci həftəsində isə mühazirələr Mərakeş Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Adil Embarch və Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli tərəfindən aparılmış və proqram zamanı mühazirəçilər iştirakçıların müxtəlif suallarını məhsuldar formada cavablandırmışdır.

TOP XƏBƏRLƏR