A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Regional inkişaf- Rəqəmsal iqtisadiyyat” mövzusunda II beynəlxalq iqtisadi konfrans keçirilib.

Konfrans UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu (İAETİ), Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) və Ege Universiteti ilə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində, üçtərəfli razılıq əsasında baş tutub.

Tədbirdən öncə iştirakçılar UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin önünə gül dəstələri düzərək, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiklal Marşının səsləndirilməsindən sonra UNEC-in tədris üzrə prorektoru dos. Gəray Musayev açılış nitqi ilə çıxış edib. O, iştirakçıları salamlayaraq, konfransda rəqəmsal iqtisadiyyatın regional inkişafa təsirlərinin aktual məsələləri, problemlərin hərtərəfli təhlili və onların mümkün həlli yolları barədə geniş müzakirələrin aparılacağını bildirib.

Konfransda Türkiyənin Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetinin rektoru Prof.Dr.Mehmet Tümay rəqəmsallaşmanın iqtisadi inkişafa müsbət təsirindən, xidmət sektoru və müasir texnologiyaların tətbiqi trendlərindən danışıb. Rektor UNEC-lə əməkdaşlıqdan söz açaraq, bu əlaqələrin daha da genişləndiriləcəyini bildirib.

Tədbir Elm və Təhsil Nazirliyinin nəzdində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Elza Səmədli, Türkiyənin Strateji Düşüncə İnstitutunun prezidenti general Güray Alpara, Türkiyənin Xarici İşlər Nazirliyində böyük elçi Dr. Hasan Yavuz, ETN-nin İdarəetməsistemləri institutunun icracı direktoru, AMEA –nin müxbir üzvü, professor Əminağa Sadıqov, Türkiyənin Daxili İşlər Nazirliyinin İqtisadi İnkişaf və sosial tədqiqatlar İnstitutunun başqanı Dr. Mustafa Latif Emek, Albaniyanın Kanada Texnologiya İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Prof. Dr. İsmail Kocayusufoglunun çıxışları ilə davam edib.

Çıxışlarda iqtisadiyyatda süni intellektin tətbiqi, rəqəmsal iqtisadiyyat şəraitində şəffaflığın və hesabatlılığın səmərəliliyinin artırılmasında birgə informasiya fazalarının yaradılması,  rəqəmsal transformasiyanın iqtisadiyyata təsiri, iqtisadi artımda rəqəmsal həllər, yeni nəsil kadr hazırlığı, biznesin rəqəmsallaşdırılması, regional inkişafda maarifləndirmə ilə bağlı önəmli məqamlara toxunublar.

Beynəlxalq konfransrəqəmsal iqtisadiyyatahəsr olunan  müxtəlif  mövzular üzrə bölmə  iclasları ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay