A

UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva “Naxçıvan” Universitetinin kitabxanasında təcrübə mübadiləsində olub.

UNEC ilə “Naxçıvan” Universiteti arasındakı əməkdaşlıq çərçivəsində “Naxçıvan” Universitetində olan A.Abdullayeva universitetin kitabxanası, oxu zalları, kitabxana fondu, kitabxanada həyata keçirilən layihələr və kitabxana əməkdaşları ilə tanış olub. O, kitabların elmi-texniki işlənməsi, resursların kataloqlaşdırılması, oxu zallarının istifadəçilər üçün daha optimal şəkildə istifadəsinin təmin edilməsi, kitabxananın marketinq və sosial media fəaliyyətinin gücləndirilməsi, eləcə də digər akademik kitabxanalarla əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində kitabxananın müdiri Emelya Süleymanovaya tövsiyələrini verib.

Sonra A.Abdullayeva kitabxana əməkdaşları üçün UNEC KİM-in fəaliyyəti, kitabxananın yerli və beynəlxalq bazaları, elektron kitabxana (https://library.unec.edu.az/), 24/7 rejimində çalışan kitabxananın üstünlükləri və oxucularla işin təşkili, rəqəmsal xidmətlər barədə geniş təqdimat edib. 

Mübadilə çərçivəsində “Naxçıvan” Universiteti ilə elektron resurs və kitab mübadiləsinin təşkili, birgə layihələrin həyata keçirilməsi, kitabxana əməkdaşları üçün təlimlərin təşkili istiqamətində tərəflər arasında fikir mübadiləsi aparılıb və kitabxana əməkdaşlarının sualları cavablandırılıb.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay