A

Mayın 3-də Azərbaycan Dövlət İqtisad Universtitetində (UNEC) Maliyyə və maliyyə institutları kafedrası, “Gənc maliyyəçilər” Tələbə Elmi Dərnəyi və Maliyyə və mühasibat  fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Azərbaycanın sosial-iqtisadi inkişafında maliyyə-kredit sisteminin rolu” mövzusunda tələbə elmi konfransı keçirilib.Konfransın təşkilat komitəsinin sədri, Maliyyə və maliyyə institutları kafedrasının müdiri Əvəz Ələkbərov ulu öndərin Azərbaycan iqtisadiyyatındakı rolundan, respublikaya rəhbərlik etdiyi dövrdə əldə olunan uğurlardan danışıb, böyük siyasi xadim Heydər Əliyevin demokratik və hüquqi dövlət quruculuğu yolunda həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasətdən söz açıb.Sonra tələbə və magistrlərin məruzələri dinlənilib. Münsiflər heyətinin səsverməsinə əsasən qaliblər müəyyən edilib:

  • I yer - Magistratura Mərkəzinin 2-ci kurs magistrı Əbdülrəhim Dadaşov: “Azərbaycanda qeyri-neft sektorunun inkişafında maliyyə mexanizminin rolu”;
  • II yer - Beynəlxalq İqtisadiyyat Məktəbinin 2-ci kurs tələbəsi Ülvi Dəmirli: “Xarici kapitalın Azərbaycan iqtisadiyyatında rolu”, Maliyyə və mühasibatfakültəsinin 2-ci kurs tələbəsi Məmmədağa Məmmədov: “Bank riski. Onun növləri və onları müəyyən edən amillər”;
  • III yer - Maliyyə və mühasibat fakültəsinin tələbələri Vüsalə Xəlilova: “Hesablaşma əməliyyatların təşkili və aparılması”, Şəmistan Qəhrəmanov: “İxracın stimullaşmasında kreditin rolu”, Magistratura Mərkəzinin 2-ci kurs magistrı Dilarə Xanməmmədli: “Sığorta siyasətinin təkmilləşdirilməsi istiqamətləri”.

Maliyyə və mühasibat fakültəsinin dekanı Gəray Musayev  bildirib ki, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən, Ulu Öndər Azərbaycanın iqtisadiyyatının inkişafı yolunda tarixi qərarlar verib. G.Musayev məruzələrdə bu qərarların ətraflı tədqiq edildiyini yüksək qiymətləndirib.TEC sədri Əvəzağa Məlikov məruzəçiləri uğurlu elmi məqalə yazdıqlarına görə təbrik edib. Mövzuların əhatəli işləndiyini qeyd edərək, bildirib ki ki, konfransda iştirak edən tələbə və magistrlər gələcək elmi fəaliyyətləri üçün ilk uğurlu addımı atıblar.Qaliblərə diplom və AXA MBASK şirkətinin hədiyyələri təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay