A

UNEC-in qalib olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) Erasmus+ KA2 layihəsinin Keyfiyyətin təminatı şurasının növbəti iclası keçirilib.

İclasda UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin (BƏD) direktoru Nərmin İbrahimova, Layihələrin idarə olunması şöbəsinin müdiri Rauf Məmmədov, həmin şöbənin mütəxəssisləri Gültac Tahirli, Lalə Abbasova, eləcə də layihə konsorsiumuna daxil olan 6 yerli və 4 xarici universitetin nümayəndələri iştirak ediblər.

İclasda layihə ilə bağlı müzakirələr aparılıb və təkliflər səsləndirilib. BƏD-in direktoru Nərmin İbrahimova layihənin tanıdılması üçün təcrübə səfərlərindən sonra Bakıda yekun konfransın keçirilməsini təklif edib. Eyni zamanda R.Dunlapın müəllifi olduğu “Dayanıqlı Enerji” kitabının azərbaycan dilinə tərcümə edilməsinin layihənin dayanıqlılığı üçün əhəmiyyətini diqqətə çatdırıb.

Müzakirələrin sonunda keyfiyyətə nəzarət sənədinin yaradılması haqqında qarşılıqlı razılıq əldə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay