A

“Beynəlxalq tədqiqatyönümlü qrant layihələrinə müraciət qaydaları və onların idarə olunması üzrə təlim” Elm günlərinin növbəti müzakirə mövzusu olub.

Beynəlxalq Əməkdaşlıq Departamentinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Rauf Məmmədov tədbirdə çıxış edərək, yerli və xarici maliyyələşdirmə donorları, regional, beynəlxalq, hökümətlərarası layihələr və layihələrin yazılması üçün seçilən aktual mövzular haqqında təqdimatla çıxış edib.

Təqdimatdan sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

Müzakirələrin sonunda UNEC əməkdaşları, professor-müəllim heyəti üçün xarici nüfuzlu tədqiqat proqramları haqqında məlumatlılığın artırılması və tədqiqatçıların xarici tədqiqat layihələri, fakültənin inkişafı proqramlarından yararlanması üçün Elm bloku tərəfindən infosessiya və təlimlərin təşkili, tədqiqat proqramları ilə əlaqədar informasiyanın aktiv disseminasiyasının həyata keçirilməsi və bu istiqamətdə yaranan problemlərinin birgə həllinə dair müəyyən qərarlar qəbul edilib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay