A

UNEC-in SABAH qruplarında COP29-a həsr olunan "Qlobal iqlim dəyişiklikləri və onun iqtisadiyyata təsiri" mövzusunda  seminar keçirilib.

Mərkəzin baş müəllimləri Aysel Quliyeva və Aygün Abdulova mövzu ilə bağlı çıxış edərək bildiriblər ki, COP 29 ətraf mühitin mühafizəsi, ekologiya, yaşıl enerji sahələrində 100-dən çox dövlətin ixtisaslaşmış qurumlarının təmsilçilərinin qatıldığı ən böyük beynəlxalq konfranslarından biridir.

Qeyd olunub ki, konfransın “Yaşıl dünya naminə həmrəylik ili”ndə ölkəmizdə keçirilməsi nəticəsində Azərbaycan iqlim dəyişikilyi, ətraf mühitin mühafizəsi ilə bağlı çağırışlarını dünyaya çatdırmaq imkanı əldə edəcək.

Seminarda tələbələri maraqlandıran suallar da cavablandırılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay