A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrası tərəfindən COP 29 çərçivəsində “Azərbaycanda iqlim dəyişilmələri fonunda yaranan xəstəliklər və onların tibbi-coğrafi əsasları” mövzusunda seminar keçirilib.    

Tədbirdə Azərbaycan Elm və Təhsil Nazirliyi Heydər Əliyev adına Coğrafiya İnstitutunun “Tibbi coğrafiya” şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru Solmaz Rzayeva çıxış edərək, qeyd edib ki, son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30 C-yə qədər artıb, temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır, son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artıb. S.Rzayeva qeyd edib ki, tez-tez qeyri-sabit hava şəraitinin olması ölkəmizdə də müəyyən problemlərin yaranmasına səbəb olur.

Mövzu ilə bağlı araşdırmalar göstərir ki, iqlim dəyişikliyinin tənəffüs yollarının allergik xəstəliklərinin artmasında rolu böyükdür. Burada iqlim dəyişkənliyinin antigenlərə məruz qalmasını necə dəyişdirdiyini, ehtimal ki, immun sisteminin antigenə xas tolerantlığını pozduğunu və bu da öz növbəsində immunoloji xəstəliklərin yayılmasının artmasına səbəb olur. Astma və allergik rinokonyunktivit kimi xroniki respirator allergik xəstəlikləri olan xəstələr tozcuqlara məruz qalmanın artması və hava çirkləndiricilərinin konsentrasiyasının və paylanmasının artması səbəbindən xüsusi risk altında olurlar. Qlobal istiləşmə planeti təmiz hava, təhlükəsiz içməli su, adekvat qida və təhlükəsiz mənzil kimi bir çox əsas ehtiyaclara təsir edərək, ictimai sağlamlıq problemlərini də gücləndirir. Atmosferin çirklənməsi nəticəsində baş verən iqlim dəyişmələri ürək-damar və ağciyər xəstəlikləri, insult, infarkt, xroniki və tənəffüs xəstəlikləri nəticəsində vaxtından əvvəl ölümlə əlaqəli təhlükəli kardiorespirator simptomların əməlgəlməsinə səbəb olur.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR