A

Ümumi fənlərin tədrisinin təşkili  departamentinin “Humanitar fənlər” kafedrasının təşkilatçılığı ilə COP-29-la  bağlı  maarifləndirici görüş keçirilib.

Tədbirdə kafedra müdiri prof. Vəkil Həsənov COP-un Azərbaycanda keçirilməsinin  əhəmiyyətindən bəhs edərək, bu istiqamətdə maarifləndirici görüşlərin keçirilməsinin vacibliyindən danışıb.

Sonra “Humanitar fənlər” kafedrasının  dosenti, fəlsəfə doktoru  Lətafət Hümmətova “Yaşıl dünya”nın fəlsəfi-konseptual əsasları” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi “yaşıl dünya”  haqqında  təsəvvürlərin  fəlsəfi qaynaqları, bu təsəvvürlərin  mifoloji,  harmonik, elmi-texniki mərhələləri, iqlim dəyişikliklərinin  dünyada baş verən  qlobal dəyişikliklərə  təsirinin fəlsəfi əsasları, eləcə də “yaşıllaşdırılma” istiqamətində  həyata keçirilməli olan tədbirlər barədə geniş təqdimat edib.

Təqdimatdan sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay