UNEC-də İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu tərəfindən “Yeni dövr – yeni ideyalar” tədbirlər silsiləsi çərçivəsində “Yeni dövrdə hərbi münaqişələrin dünya iqtisadiyyatına təsirləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru prof. Yadulla Həsənli açaraq, hərbi münaqişələrin, müharibələrin dünya iqtisadiyyatına təsiri olan amillərdən söz açıb.
Sonra İAETİ-nin elmi katibi Rafail Rzayev təqdimatla çıxış edərək, müharibələr, müharibələrə yanaşmalar, hərbi münaqişələrin dünya iqtisadiyyatına təsirlərinin qiymətləndirilməsi üzrə dünyada aparılan tədqiqatlar haqda geniş məlumat verib. Daha sonra son dövrlərdə baş verən Suriyada vətəndaş müharibəsi və hələ də davam edən Ukrayna və Rusiya, eləcə də İsrail Həmas arasındakı hərbi münaqişələrin bu ölkələrin iqtisadiyyatlarına və ümumilikdə dünya iqtisadiyyatlarına təsirləri haqqında danışıb.
Tədbirdə İAETİ-nun böyük elmi işçisi dos. Elman İbişov və UNEC Rus iqtisad Məktəbinin dekanı dos. Mənsur Bərxudarov çıxış edərək, müzakirə olunan məsələ haqqında öz fikirlərini bildiriblər.
Sonda məruzəçilər iştirakçıların suallarını cavablandırıblar.