A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyat və işlətmə" kafedrasının müəllimləri Ankarada keçirilən elmi tədbirlərdə iştirak ediblər.

Gazi Universitetinin Strateji Araşdırmalar Mərkəzinin (GAZİSAM) “Türkiyə-Rusiya gərginliyi və regional təsirləri” mövzusuna həsr olunan elmi konfransda UNEC müəllimləri Nazim Cəfərov və Araz Aslanlı məruzələrlə çıxış ediblər. Elmi tədbirdə Nazim Cəfərov “Türkiyə-Rusiya gərginliyinin səbəbləri və nəticələri”, Araz Aslanlı isə “Türkiyə-Rusiya gərginliyində Cənubi Qafqaz ölkələrinin mövqeyi” mövzusunda məruzə edib.UNEC müəllimləri Avrasiya Ekonomik İlişkilər Dərnəyi və İpəkyolu Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Qardaşlıqdan strateji əməkdaşlığa gedən yol: TANAP” adlı beynəlxalq elmi konfransa da qatılıblar.Mayın 12-də Təbriz Araşdırmaları İnstitutunun keçirdiyi “Ermənistan-Azərbaycan cəbhə xəttindəki son proseslər və İranın Qarabağ probleminə dair siyasəti” adlı elmi konfransda Araz Aslanlı mövzu ilə bağlı çıxış edib.Mayın 13-də Kastamonu şəhərində Azərbaycan Turizm və Menecment Universiteti ilə Kastamonu Universitetinin birgə təşkil etdiyi I Beynəlxalq Türkiyə-Azərbaycan Münasibətləri Simpoziumunda iştirak edən UNEC müəllimlərı “Azərbaycan-Türkiyə hərbi münasibətləri” barədə məruzə ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay