A

UNEC-də Biznes və menecment fakültəsinin “Biznes və logistika” kafedrasının əməkdaşları dos.Nərminə  Balabəyovanın müəllifi olduğu “Beynəlxalq nəqliyyat əməliyyatları” və  baş müəllim Aytac  Hacıyevanın “Dünya iqtisadiyyatı” adlı kitablarının  müzakirəsi və təqdimatı keçirilib.

Kitab müzakirəsində bildirilib ki, dos.Nərminə  Balabəyovanın müəllifi olduğu “Beynəlxalq nəqliyyat əməliyyatları” fənninin tədris edilməsində məqsəd, beynəlxalq iqtisadi münasibətlərin və xarici iqtisadi fəaliyyətin  genişləndirilməsi, xarici-ticarət əməliyyatlarının həcminin sürətlə artması, bu xidmət sahəsinin  rolunun sürətlə artması ilə izah edilir.

Müzakirədə dos. Müzəffər Məmmədovun və baş müəllim Aytac Hacıyevanın müəllifi olduqları “Dünya iqtisadiyyatı” adlı dərs vəsaiti distant təhsil üçün nəzərdə tutulduğu haqqında məlumat verilib. Qeyd edilib ki, kitab çox böyük, geniş əhatəli fənnləri - Beynəlxalq inteqrasiya, Beynəlxalq investisiyalar, Trans milli korporasiyalar, Beynəlxalq iqtisadi təşkilatlar, Beynəlxalq ticarət və başqa fənnləri özündə cəmləyib.  Kitab bu istiqamət üzrə təhsil alan tələbələr, magistrlər və bu ixtisas üzrə işləyən müəllimlər və mütəxəssislər üçün faydalı ola bilər.

Təqdimatda qeyd edilən kitablar geniş müzakirə edilib, verilən suallara ətraflı cavablar verilib.

TOP XƏBƏRLƏR