A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının təşkilatçılığı ilə COP29 çərçivəsində UNEC-in 2024-cü il üçün Tədbirlər Planına uyğun olaraq maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən "İctimai idarəetmə və sosial innovasiyalar" kafedrasının müdiri, dosent Elşən Məmmədov tələbələr İqlim dəyişikliyi və COP29 ilə bağlı məlumatlandırıb. 

Sonra tədbirdə kafedranın dosenti İlqar Xəlilov “İqlim dəyişikliyinin nəticələri və ekoloji problemlərin həlli yolları” mövzusunda tələbələrə mühazirə keçərək, dünyada baş verən qlobal iqlim dəyişmələrindən, ekoloji problemlərdən, onun  ölkələrin təsərrüfatına və insanların sağlamlığına vurduğu zərərlərdən danışıb.

Məruzəçi eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinin əsas mahiyyətini və əhəmiyyətini qeyd edərək, bu ilin noyabr ayında respublikamızda keçiriləcək COP29 tədbirinin əsas öhdəliyi və keçirilmə məqsədləri haqqında da iştirakçılara ətraflı məlumat verib.

Sonda tələbələrin sualları məruzəçi tərəfindən ətraflı cavablandırılıb.

TOP XƏBƏRLƏR