A

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Humanitar fənlər” kafedrasının baş müəllimi, t.ü.f.d. Cəmilə Həsənovanın müəllifi olduğu “Azərbaycanın Mil-Qarabağ bölgəsinin ilk tunc dövrünün maddi mədəniyyəti” adlı kitabının təqdimatı keçirilib.

Təqdimatda çıxış edənlər müəllifin uzun illər apardığı tədqiqatının bəhrəsi olan kitabın əhəmiyyətindən söz açıblar. Azərbaycanın tarixi bölgələri haqqında aparılan tədqiqatların vacibliyinə toxunan çıxışçılar, sözügedən nəşri tələbə və gənc nəsil üçün dəyərli mənbə kimi qiymətləndiriblər.

 Kitabın müəllifi Cəmilə Həsənova gördüyü işlərdə hər zaman onu ruhlandıran, bu yolda irəliləməyə dəstək olan, ömrünün 40 ilini Azərbaycan Dövlət Daxili İşlər Nazirliyinə həsr etmiş, eyni zamanda I Qarabağ müharibəsinin veteranı, həyatdan vaxtsız köçən atasına həsr etdiyini bildirib. Kitab haqqında danışan müəllim, monoqrafiyanın Azərbaycanın Mil-Qarabağ bölgəsinin ilk tunc dövrünün maddi mədəniyyətinə həsr edildiyini və həmin ərazilərdə olan yaşayış və qəbir abidələri, həmçinin bu diyarın təbii coğrafi şəraitinin kitabda dərindən öyrənildiyini diqqətə çatdırıb. Müəllif kitabda araşdırılan Qarabağ abidələrini atası ilə birgə qarış-qarış gəzdiyini də deyib. 

TOP XƏBƏRLƏR