A

UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamenti və Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentinin birgə təşkilatçılığı ilə 8 Noyabr- Zəfər Günü münasibətilə beynəlxalq seminar keçirilib.

Tədbirdə UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşları, “Humanitar fənlər” kafedrasının baş müəllimi İbrahim Babayev, Svetlana Məhərrəmova və tələbələr iştirak ediblər.

Seminarda UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin direktoru vəzifəsini icra edən Afət Ələkbərova Zəfər Gününün tarixindən danışıb.

Sonra “Humanitar fənlər” kafedrasının müəllimi Svetlana Məhərrəmova çıxış edərək, bu günün əhəmiyyəti, eləcə də 44 günlük Vətən müharibəsindəki Azərbaycan xalqının birliyi, Qarabağda gedən quruculuq və bərpa işləri haqqında geniş məlumat verib.

Seminarda Türkiyənin Uşak Universitetinin dosenti Erol Sakallı, Qazaxıstanın Əl Fərabi Universitetinin professoru Samal Tazhyieva, Moldovanın Komrad Dövlət Universitetinin müəllimi Güllü Karanfil də “Zəfər Günü” münasibətilə hər kəsi təbrik edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay