A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkənin neft sənayesinin inkişafına töhfə vermək məqsədilə yeni tədqiqat mərkəzi yaradılıb.

“Karbohidrogenlərin İstehsalı, Daşınması və Emalında Resursa Qənaət Edən Texnologiyalar” adlanan yeni mərkəzin yaradılmasının əsas məqsədi, ölkə iqtisadiyyatının mühüm sahələrindən biri olan neft sənayesi üçün innovativ elmi-texniki həllər hazırlamaq və bu sahənin qarşılaşdığı çağırışlara elmi yanaşmalar təqdim etməkdir.

Yeni tədqiqat mərkəzi bir neçə mühüm istiqamətdə fəaliyyət göstərəcək. Mərkəzdə ilk növbədə, neft sənayesinin müxtəlif aspektlərində resursların daha səmərəli istifadəsi üçün elmi tədqiqatlar aparılacaq. Həmçinin, neft sənayesi üzrə hazırlıq kursları, laboratoriya işlərinin aparılması və tədris planlarına daxil edilməsi həyata keçiriləcək. Mərkəzin məqsədləri arasında yerli və beynəlxalq müsabiqələrdə iştirak etmək, elmi qrantlar almaq və əldə edilən tədqiqat nəticələrinin yüksək reytinqli beynəlxalq jurnallarda dərc edilməsi də yer alıb. 

TOP XƏBƏRLƏR