Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əməkdaşlarına Keyfiyyət İdarəetmə Sistemi (KİS) mövzusunda təlim keçirilib.
Təlim UNEC-in akademik və inzibati heyətini keyfiyyət idarəetməsi sistemləri və bu sistemlərin universitetin fəaliyyətinə inteqrasiya olunması barədə məlumatlandırmaq, eləcə də onların bu sahədə peşəkar bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil olunub.
Təlimdə UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru i.f.d. Hüseyn Həsənov əməkdaşlara keyfiyyət idarəetməsi ilə bağlı əsas anlayışlardan, ISO 9001 keyfiyyət idarəetməsi standartları, müasir qiymətləndirmə və nəzarət metodları, eləcə də üniversitetdə keyfiyyətin idarə olunmasında uğurlu yanaşmalar barədə məlumat edib.
İştirakçılara keyfiyyətin təminatı və idarə edilməsi sahəsində beynəlxalq təcrübələr, strateji planlaşdırma, müvafiq qanunvericilik və bu sahədə tətbiq olunan ən son metodologiyalar da təqdim olunub.