A

ADA Universitetində Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyası olan IFLA-nın “Qlobaldan yerliyə: resurs paylaşımında müxtəliflik və inklüzivlik” adlı 18-ci bölmə konfransı öz işinə start verib. 

Konfransın yerli təşkilat komitəsinin üzvü olan UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva konfransda iştirak edən yerli və beynəlxalq kitabxana mütəxəssislərinə UNEC-in təşəbbüsü olan “Yaşıl kolleksiya”ların formalaşması, inkişafı və paylaşımı ekoloji dayanıqlılığın mühüm amili kimi” adlı posteri təqdim edib.

Posterin təqdimatının məqsədi UNEC-in ətraf mühit, ekologiya, yaşıl iqtisadiyyat, təhlükəsiz qida, enerjiyə qənaət, ekoloji menecment və başqa sahələr üzrə kitab, məqalə, dissertasiya, audio nəşr və digər növ resurslarından ibarət “Yaşıl kitabxana” modelinin mühüm komponenti olan “Yaşıl Kolleksiya”nı formalaşdırmaq, eləcə də ölkə kitabxanaları arasında resurs paylaşımını təmin etməkdən ibarət olub. Həmçinin bəşəriyyət üçün aktual olan ətraf mühitin mühafizəsi ilə bağlı vətəndaşları maarifləndirmək, tədqiqatçılara informasiya-resurs dəstəyi göstərmək və istifadəçilər arasında  ekoloji informasiya mədəniyyətini formalaşdırmaq və inkişaf etdirmək missiyası daşıyıb.

Posterin mövzusu aktuallığı və yeniliyi ilə yerli və xarici mütəxəssislərin diqqətini cəlb edib və ziyarətçilər tərəfindən xüsusi maraqla qarşılanıb.

Beynəlxalq konfrans çərçivəsində Türkiyə, Rusiya, Hindistan, Çin, Səudiyyə Ərəbistanı ölkələrinin kitabxanaları ilə yanaşı, Azərbaycandan 3 universitetin - UNEC, ADA və Qarabağ universitetlərinin kitabxanaları tərəfindən posteri təqdimatı həyata keçirilib.

Konfransda poster nümayişi 3 gün davam edəcək.

TOP XƏBƏRLƏR