A

“UNEC-də kitab müzakirələri” adlı silsilə tədbirləri çərçivəsində UNEC Dizayn məktəbi “Dizayn” kafedrasının və UNEC Kitabxana İnformasiya Mərkəzinin (KİM) birgə təşkilatçılığı ilə kafedranın müəllimi Nərminə Namazovanın təqdimatında "Dizaynın 100 əsas prinsipi" adlı kitabın müzakirəsi keçirilib.

Tədbiri giriş sözü ilə “Dizayn” kafedrasının müdiri dosent Elfanə Qasımova açaraq, kitab haqqında iştirakçılara geniş məlumat verib. O, çıxışında dizaynda həm xarici görünüş, həm də struktur və funksional cizgiləri müəyyənləşdirməyin peşəkar dizaynerlərin əsas amalı olduğunu və bu sahədə kitabın əhəmiyyətini iştirakçılara qeyd edib.

Sonra kafedranın müəllimi Nərminə Namazova kitabda nəzəri və praktiki bilgiləri konkretləşdirmək naminə dizaynın əsas prinsiplərinə dair mövzuların yer aldığını bildirib.

Təqdimat kitab ətrafında müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR