A

Elm Festivalı çərçivəsində “Elmin rəqəmsallaşdırılmasının UNEC modeli: akademik məlumatların idarə edilməsi sisteminin tətbiqi” adlı plenar iclas keçirilib.

Plenar iclas 2024-cü ildən UNEC-də istifadəsinə start verilmiş AVESİS – Akademik Məlumat İdarəetmə Sisteminə həsr olunmuşdur.

Tədbiri Elm və innovasiya məsələləri üzrə prorektor professor Rövnəq Rzayev açıq elan edərək UNEC-də AVESİS sisteminin qurulmasının əsas məqsədləri haqqında məlumat verib.

Məlumdur ki, müasir dövrdə ali təhsil müəssisələrinin rəqabət qabiliyyətliliyini artıran əsas amillərdən biri – elmi fəaliyyətin sistemli şəkildə idarə olunmasıdır. Bu sistem universitetin elmi fəaliyyətini daha effektiv şəkildə izləmək, sənədləşdirmək və beynəlxalq aləmdə görünürlüyümüzü artırmaq imkanı verir.

Plenar iclas Elmmetrika şöbəsinin müdiri Şəfa Əlizadənin moderatorluğu ilə məruzəçilər Orta Doğu Texniki Universiteti Rektorluğu İnstitusional Məlumatların İdarə Edilməsi Koordinatoru professor Adem Kalınlı və ABİS Texnoloji Texniki Rəhbəri Burak Sarıcanın çıxışları ilə davam edib. 

TOP XƏBƏRLƏR