Yeni tədris ilinin başlaması ilə əlaqədar UNEC kitabxanalarına tələb daha da artıb.
Əsaslı kitabxananın Xidmət şöbəsinə müraciət edən tələbələr onları maraqlandıran dərslik və dərs vəsaitlərini, eləcə də, tədris prosesi üçün zəruri olan digər ədəbiyyatları və beynəlxalq nəşrləri əldə edirlər. Tələbələrə həmçinin elektron kitabxanadan istifadə zamanı “Bizə Onlayn müracət edin” çat xidməti vasitəsilə operativ qaydada dəstək göstərilir.
UNEC əməkdaşları və təhsilalanlar kitabları universitetdənkənar oxumaq istədikləri halda, həftə içi, saat 09:00-dan 18:00-dək Əsas tədris binasında yerləşən Əsaslı kitabxanaya müraciət edə bilərlər.