A

UNEC KİM 24/7 Kitabxanasının “KİTABIM” layihə-podkastının növbəti qonağı Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin direktoru, filologiya elmləri doktoru, dosent Aynur Paşayeva olub.

Layihənin bu buraxılışı dilçi alim Aynur Paşayevanın “XV əsr Azərbaycan ədəbi dili” adlı yeni çapdan çıxmış monoqrafiyasına həsr edilib. Müəllif bu fundamental əsərində geniş şəkildə tədqiqatları Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin mövcud olduğu dövrdə Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsi, Təbriz şivəsinin ədəbi dilin formalaşmasındakı rolu və dövrün görkəmli şairlərinin yaradıcılığındakı dil xüsusiyyətləri barədə danışıb.

Podkastda Prezident İlham Əliyevin dilçilik sahəsində prioritetlərin yenidən nəzərdən keçirilməsi, ana dilinin funksional imkanlarının genişləndirilməsi və elmi potensialın milli inkişaf strategiyası ilə uzlaşdırılması ilə bağlı fikirləri əsasında görülən işlərdən bəhs olunub. Həmçinin, alim gənclərin doğma dilimizin qorunub-saxlanılmasındakı rolu diqqətə çatdırılıb.

Sonda Aynur Paşayeva həmmüəllifi olduğu 3 cildlik “Türkmənşəli arxaizmlər lüğəti” (XIII-XVIII əsrlər Azərbaycan yazılı abidələri əsasında) nəşrlərini də kitabxanaya hədiyyə edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay