A

UNEC-in bu ildən etibarən abunəlik həyata keçirdiyi IEEE Computer Society Digital Library platforması (https://www.computer.org/csdl/home) kompüter elmləri və informasiya texnologiyaları sahəsində bir milyondan çox resursu əhatə edən bazadır. Bu bazada Süni intellekt üzrə axtarış apardıq və nəticədə mövzu üzrə ümumilikdə 267 957 adda konfrans materialı və jurnal məqalələri aşkar edildi. Son 10 il üzrə nəticələrə nəzər saldıqda görürük ki, mövzu üzrə 113 837 adda resurs mövcuddur. Bundan əlavə bazada süni intellekt barədə 263 video da yer alıb.

Resurslar arasında süni intellekt alətlərinin iqtisadiyyatın müxtəlif sahələrinə tətbiqi istiqamətində məqalələr xüsusilə maraqlıdır.

  1. Artificial Intelligence Applications in Green Hydrogen Production Technologies /Palanichamy Manikandan// IEEE East-West Design & Test Symposium (EWDTS), 2025.- Pages: 1-6
  2. Encouraging the Ethical Use of Artificial Intelligence: Risks and Recommendations Across Four Business Sectors/Myriam Benfares, Marie-Isaline Bontemps, Lamia Berrah //Artificia Intelligence Revolutions (AIR).- 2024, Volume: 1, Pages: 18-24.
  3. Ethical AI in Business /Shahab Saquib SohailDag Oivind MadsenMohammad NadeemErik Cambria// IEEE Intelligent Systems 41 (1), 2026, pages 1-12.
  4. Generative Artificial Intelligence and E-Commerce/Nir Kshetri//Computer.-Feb. 2024, pp. 125-128, vol. 57
  5. Stock Price Forecasting in Finance with Artificial Neural Networks /Turgut Daloğlu, Garibe Osi, Murat Aslan, Mehmet Beşkirli //5th Asia Conference on Information Engineering (ACIE), 2025.- Volume1, Pages: 68-73.

Bazada təqdim edilən resurslar dünyanın aparıcı universitetləri tərəfindən aparılmış tədqiqatların nəticələridir. Top 10 müəssisələr aşağıdakılardır:

  1. IEEE(950)
  2. Carnegie Mellon University(483)
  3. Tsinghua University(349)
  4. Stanford University(285)
  5. National University of Singapore(269)
  6. Massachusetts Institute of Technology(262)
  7. Georgia Institute of Technology(223)
  8. University of Illinois at Urbana-Champaign(220)
  9. University of Southern California(217)
  10. Nanyang Technological University, Singapore(210)

Sözügedən resurslar və onların isnad etdiyi onlarla mənbələr süni intellekt üzrə elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, akademik araşdırmaların keyfiyyətinin artırılması və beynəlxalq elmi mənbələrə çıxışın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Adilə Abdullayeva,
UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru. 

TOP XƏBƏRLƏR