A

Aprelin 20-də Səbail rayon Məşğulluq Mərkəzinin rəhbərliyi və əməkdaşları UNEC-in tələbə və məzunları üçün seminar keçirib. UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən seminarda UNEC-in Rus İqtisadiyyat MəktəbiMaliyyə və mühasibatlıqİqtisadiyyatTexnologiya və dizayn, Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin tələbələri, eləcə də UNEC-in məzunları iştirak edib.

Seminarda tələbələrə CV yazma üsulları, müsahibədə davranış qaydaları və müsahibəyə psixoloji hazırlıq barədə məsləhətlər verilib. Səbail rayonunda yerləşən müəssisələrdə olan vakansiya və karyera imkanları da iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirin sonunda mövzu ilə əlaqədar tələbə və məzunları maraqlandıran suallar cavablandırılıb.

Qeyd:Seminar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və UNEC arasında kadr potensialının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay