UNEC-in “İqtisadiyyat və idarəetmə” kafedrasının dosenti Əli-Ağa İsmayılzadə Polşanın paytaxtı Varşavada keçirilən elmi konfransda iştirak edib.
Varşava İqtisadiyyat Məktəbində (SGH Warsaw School of Economics) təşkil olunan elmi konfrans ekonometrik tədqiqatlara həsr edilib. UNEC müəllimi Polşa, Almaniya, İsveçrə, İspaniya və digər ölkələrin iqtisadçı alimlərinin qatıldığı konfransda “Human Resources as the most important production and investment resource” (“İnsan Resursları istehsal və investisiyanın ən əhəmiyyətli qaynağı kimi”) mövzusunda məruzə ilə çıxış edib.
Konfrans çərçivəsində Varşava İqtisadiyyat Məktəbi (SGH) ilə UNEC arasında ikili diplom və magistr proqramları istiqamətində əməkdaşlıq məsələləri də müzakirə olunub. SGH universtitetində hər il təşkil olunan yay məktəbində UNEC tələbələrinin iştirakı barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, yüz ildən çox fəaliyyət göstərən Varşava İqtisadiyyat Məktəbi Mərkəzi və Şərqi Avropanın aparıcı iqtisadyönümlü universitetidir.