A

UNEC-in “Qida məhsullarının texnologiyası” kafedrasının dosenti Elza Omarova beynəlxalq elmi-texniki konfransda iştirak edib.

Belarus Respublikasının Mogilev Dövlət Ərzaq Universitetinin 45 illik yubileyi münasibətilə Texnika və Qida istehsalının texnologiyası üzrə keçirilən XII beynəlxalq elmi-texniki konfransında UNEC-in dosenti “Yulaf ununun müxtəlif dozalarda krekerin keyfiyyətinə təsiri” mövzusunda çıxış edib. O, yulaf ununun hazır məmulatın orqanoleptiki, fiziki-kimyəvi göstəricilərinə təsiri açıqlayaraq, yeni növ kreker məmulatının istehsal olunması təklif edib.

Konfransda müxtəlif qida məhsullarının texnoloji tərkib xüsusiyyətlərinin tədqiqi, texnoloji proseslərin istehsal texnologiyasının təkmiləşdirilməsi, qida məhsullarının yeni texnologiyalarının işlənməsi, rasional qida problemi, qida məhsullarının  bioloji dəyərliyi və onun artırılması yolları və s. barədə çıxışlar olub, müzakirələr aparılıb.

Konfransın sonunda UNEC aliminə diplom təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay