A

UNEC QS reytinq təşkilatınin Rusiyanın Moskva şəhərində təşkil etdiyi “QS Worldwide 2018” beynəlxalq təhsil konfransında təmsil olunub.

Dünyanın müxtəlif ölkələrindən 400-dən artıq nümayəndənin qatıldığı konfransa Rusiyanın Xalqlar Dostluğu Universiteti ev sahibliyi edib. Təhsil konfransında UNEC-i Beynəlxalq əməkdaşlıq departamenti Strateji inkişaf şöbəsinin müdiri Turan Süleymanov təmsil edib.

T.Süleymanov konfransda universitetlərin yüksək peşəkarlığı üçün strategiyalar, qlobal universitet brendinin qurulması və beynəlxalq akademik əməkdaşlıq və fakültələrin beynəlmilliləşməsi mövzularında müzakirələrdə iştirak edib. O, dünya səviyyəli universitetlərinin qurulması üzrə strateji düşüncə tərzi və təcrübədən bəhs edərək, nümunələr əsasında universitetlərin brendlənməsindən danışıb, UNEC timsalında Azərbaycan nümünəsini konfrans iştirakçılarına təqdim edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay