A

UNEC-in professor-müəllim heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin ilk 9 ayı ərzində ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasındakı çıxışından irəli gələn vəzifələri müzakirə edib.

UNEC-in aparıcı tədqiqatçılarının iştirak etdiyi tədbirdə, İqtisadi Araşdırmalar Elmi-Tədbiqat İnstitutunun (İAETİ) direktoru Yadulla Həsənli, ilk 9 ay ərzində ölkənin sosial-iqtisadi inkişafında baş verən mühüm yeniliklər barədə məlumat verib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda 2,5 faiz, xarici ticarət dövriyyəsində isə 34,8 faiz artım müşahidə olunduğunu bildirən Y.Həsənli xarici ticarətdə 6,6 milyard dollara bərabər müsbət saldo yarandığını diqqətə çatdırıb.

Daha sonra İAETİ-nin böyük elmi işçisi Fərhad Mikayılov ölkənin sosial-iqtisadi inkişafının müxtəlif istiqamətləri üzrə məruzə ilə çıxış etdi. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrə diqqət çəkən iqtisadçı alim bir sıra dövlət əhəmiyyətli iqtisadi tədbirlərin həyata keçirildiyini, aparılan iqtisadi islahatların mühüm töhfələr verəcəyini vurğulayıb. F.Mikayılov iqtisadiyyatın şaxələndirilməsinin milli iqtisadiyyatın sahə, ərazi-istehsal hissələri arasında nisbət əlaqələrini özündə ehtiva edən proporsional keyfiyyət dəyişikliklərindən asılı olacağını bildirib. F.Mikayılov məruzəsinin sonunda əsas nəticələrlə yanaşı təklif və tövsiyyələrini seminar iştirakçılarının müzakirəsinə təqdim etdi.

UNEC-in prorektoru Sakit Yaqubov, İAETİ-nin direktor müavini Rövşən Quliyev, UNEC-in kafedra müdirləri professor, İrşad Kərimli,  professor Əli Əlirzayev, professor Məhəmməd Əliyev, kafedra müdüri professor Sifariz Səbzəliyev mövzu ətrafında çıxışlar etdilər".  

Təhlil və müzakirələrdən sonra ölkədə iqtisadi artımın təmin edilməsi yollarına dair təklif  və tövsiyələrini  seminar iştirakçılarının diqqətinə çatdırıblar. Alimlər kadr hazırlığında çevikliyin təmin edilməsinə xüsusi diqqətin göstərilməsi,  mövcud resurs potensialını nəzərə almaqla sağlamlıq turizminin inkişaf etdirilməsi, bölgələrdə kiçik və orta sahibkarların problemlərinin aradan qaldırılması məqsədi ilə İnkişaf mərkəzlərinin yaradılmasını, innovativ məşğulluğun təmin edilməsini təklif ediblər. 

TOP XƏBƏRLƏR