A

UNEC-in “Dizayn” kafedrasının  Dizayn Elmi Klubunun təşkilatçılığı ilə “Azərbaycan xalçası bizim milli dəyərimizdir!” mövzusunda növbəti elmi seminar keçirilib.

Azərbaycan Xalça Muzeyində təşkil olunan seminarda “Dizayn” kafedrasının müdiri, dosent Lalə Məmmədova,  fakültənin TEC rəhbəri və Dizayn Elmi Klubunun rəhbəri dosent Elfanə Qasımova, fakültə TEC sədri Pərvin Namazova, TEC-in Dərnəklərə Nəzarət Təftiş Komissiyasının sədr müavini Həqiqət Əkbərova və dərnəyin üzvləri iştirak etdilər.

Lalə Məmmədova xalçaçılıq sənətinin xalqımızın həyatında öz dəyişməz yerini qoruyub saxladığını bildirərək, Azərbaycan xalçalarının nəsillərin duyğu və düşüncələrinin bizə çatdırılmasında bir vasitə rolunu oynadığını vurğulayıb. E.Qasımova isə tələbələrə Azərbaycan xalçaçılığının tarixi və ənənələri barədə tələbələrə məlumat verib.

Sonra tələbələr muzeydə rəng çalarları, çeşniləri və texnoloji toxunma üsulları ilə bir-birindən seçilən xovlu və xovsuz xalçalarla tanış olublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay