A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin təşkilatçılığı ilə “Qarabağ münaqişəsi böyük dövlətlərin siyasətində” mövzusunda onlayn seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan departamentin direktoru dos.Gülnarə Rzayeva seminarın gündəmdə olan önəmli mövzuya həsr olunduğunu vurğulayıb. Dos.G.Rzayeva öz çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmasını, 1988-ci ildən erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış olduğu bu münaqişə haqqında danışdı. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin bu günə kimi davam etməsini, artıq bu məsələnin beynəlxalq müstəvidə izlənilməklə müxtəlif aspektlərdə təhlil olunmasını və çıxış yollarının aranmasını da qeyd etdi.

Sonra “Beynəlxalq iqtisadi münasibətlər və diplomatiya” kafedrasının baş müəllimi Təranə Şirvanova Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən bəhs etməklə yanaşı,  bu problemə ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Rusiya kimi dövlətlərin münasibətini və yürütdükləri siyasəti təhlil etdi, münaqişənin həlli istiqamətində ortaya çıxan çətinliklərə və onun həlli işinə bilavasitə mane olan amillərə aydınlıq gətirdi.

Tədbirdə çıxış edən “Humanitar fənlər” kafedrasının müdiri, prof. Vəkil Həsənov, “Beynəlxalq iqtisadi münasibətlər və diplomatiya” kafedrasının müdiri, dos.Ramin Qurbanov və həmin kafedranın baş müəllimi Pərviz Səmədov mövzu ilə bağlı öz fikirlərini bildirdilər.

Online elmi seminar diskussiya formasında keçirildi və iştirakçılar tərəfindən maraqla qarşılandı.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay