UNEC-in Maliyyə və mühasibat fakültəsində “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda onlayn seminar keçirilib.
Tədbirdə “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının baş müəllimi coğ.e.n. Xatirə Məhərrəmova “Bərk məişət tullatılarının idarə edilməsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə bərk məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması, tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsinin müasir standartlara cavab verən tərzdə təşkili, bərk məişət tullantılarının təkrar dövriyyəyə cəlb edilməsi imkanlarından geniş bəhs olunub. Bütün bunların isə öz növbəsində tullantıların ümumi həcminin azaldılmasına, əlavə xammal bazarının və ölkədə təkrar emalın formalaşdırılmasına və ən başlıcası, tullantıların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsinə imkan verəcəyi qeyd olunub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, seminar ölkə Prezidentinin 1 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə keçirilib.