A

Türkiyə Respublikasının Dokuz Eylül Universitetinin təşkilatçılığı “Liderlərin toplantısı: Distant təhsil və COVID-19 pandemiyasının elm və ali təhsilə təsiri” adlı beynəlxalq vebinar keçirilib.

AMEA və ölkə ali təhsil müəssisələrinin struktur rəhbərilərinin iştirakı ilə keçirilən tədbirin açılışında Dokuz Eylül Universitetinin rektoru Prof. Dr. Nükhet Hotar mövzunun aktuallığından danışıb.

Görüşdə UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev “Pandemiya dövründə sosial elmlər sahəsində təhsil, qiymətləndirmə və tədqiqat” mövzusunda çıxış edib.  O, UNEC-də distant tədrisin təşkili, bu istiqamətdə əldə olunan təcrübə, tələbələrin biliyinin qiymətləndirilməsi, virtual dekanlıq haqqında ətraflı məlumat verib. Həmçinin imtahanlarda süni intellektin istifadəsi imkanlarından, distant tədrisin təhsilin inklüzivliyinin təmin edilməsindəki əhəmiyyətindən danışıb.

Sonra digər ali təhsil müəssisələrinin nümayəndələrinin mövzu ilə bağlı çıxışları dinlənilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay