A

UNEC Dizayn Məktəbinin Tələbə Elmi Cəmiyyətinin və Dizayn kafedrasının nəzdində fəaliyyət göstərən elmi dərnəyin təşkilatçılığı ilə Elm aylığı çərçivəsində “Qarabağ Azərbaycandır!” mövzusunda elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan UNEC Dizayn Məktəbinin direktoru, dosent Lalə Məmmədova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük müharibədəki qələbəsindən danışıb.

Dizayn kafedrasının müdiri dosent Elfanə Qasımova Vətən müharibəsində əldə olunan zəfərdən və işğaldan azad olunan torpaqlarda aparılan bərpa işlərindən söz açıb. Qarabağın bərpası istiqamətində maraqlı dizayn layihələrinin hazırlanmasının əhəmiyyətini bildirib.

Sonra “Qarabağ Azərbaycandır!” layihəsi adı altında kafedranın müəllimi, UNEC Dizayn məktəbi TEC-nin rəhbəri Gölçöhrə Salehzadənin rəhbərliyi ilə tələbələr maraqlı təqdimatlarla çıxış ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay