A

UNEC-də Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbər müavini, ABŞ Auburn Universitetinin Aqrobiznes və Eksperimental İqtisadiyyat üzrə assistant professoru Samir Hüseynovun təqdimatında “İqtisadi qərarların verilməsində koqnitiv xətalar və onların davranışda təzahürü” mövzusunda onlayn seminar keçiriləcək.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və UNEC Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

25 iyun 2021-ci il tarixində saat 18.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən LİNK vasitəsilə qoşula bilərsiniz.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay