A

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan doktorantların və gənc tədqiqatçıların XXIV Respublika elmi konfransı keçirilib.

Konfransın “İqtisadiyyat və logistika” bölməsinin iclası UNEC-in professoru Zahid Məmmədovun sədrliyi ilə aparılıb. 18 ali təhsil müəssisəsindən və AMEA-dan 30- yaxın tezis təqdim olunduğu bölmədə professor Zahid Məmmədov iqtisadi potensialın insan sərmayəsinə transformasiyası istiqamətində aparılan islahatlardan bəhs edib, respublikada gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. UNEC-in 9 doktorant və gənc tədqiqatçısının da qatıldığı bölmədə məruzələr dinlənilib.

Konfransın sonunda iştirakçılara və prof. Zahid Məmmədova sertifikatlar təqdim olunub. 

TOP XƏBƏRLƏR