A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və UNEC Kiçik və Orta Biznes Tədqiqat və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Kiçik və orta biznes subyektlərinə dövlət dəstək mexanizmləri” mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova Tədqiqat Mərkəzi və məruzəçi barədə məlumat verərək, keçirilən seminarın UNEC Kiçik və Orta Biznes Tədqiqat və İnkişaf Mərkəzinin ilk tədbiri olduğunu bildirib, gələcək fəaliyyətində Mərkəzə uğurlar arzulayıb.

Daha sonra UNEC Kiçik və Orta Biznes Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Cəbrayıl Vəliyev çıxış edərək, mövzunun aktuallığından söz açıb, tədbirə qoşulan iştirakçılara, xüsusən də bu sahədə tədqiqat aparan doktorantlara töhvə verəcəyini vurğulayıb.

Seminarın məruzəçisi UNEC Kiçik və Orta Biznes Tədqiqat və İnkişaf Mərkəzinin tədqiqatçısı, KOBİA Departament müdirinin müavini Adil Əhmədov təqdimatla çıxış edərək, qeyd edib ki, KOBİA yarandığı ilk gündən  mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və öz biznesini qurmaq istəyənlərə informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, digər dövlət strukturları ilə əlaqələndirmə, bazarlara çıxışın yaxşılaşdırılması, sahibkarların maraqlarının müdafiəsi kimi istiqamətlərdə dəstək və xidmətlər göstərir.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, məruzəçi tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 Seminarı izləyə bilərsiniz

TOP XƏBƏRLƏR