A

Elm festivalı çərçivəsində Rus İqtisad Məktəbinin təşkilatçılığı ilə “İşğaldan azad olunmuş ərazilərin infrastrukturunun bərpası kontekstində Azərbaycan iqtisadiyyatının aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfransın açılışında RİM-in direktoru, UNEC Koqnitiv iqtisadiyyat mərkəzinin rəhbəri dosent Mənsur Bərxudarov və İqtisadiyyat (rus dilli) kafedrasının müdiri dosent Sevinc Abbasova çıxış ediblər.

Çıxışda işğaldan azad olunmuş ərazilərin investisiya və innovativ azadlığını nəzərdə tutan cari məsələlər, həmin ərazilərdə yaşıl enerji zonasının yaradılması perspektivləri, turizmin inkişafı, ağıllı şəhər və kəndlərin yaradılması, eləcə də sosial-iqtisadi problemlərdən bəhs olunub.

Sonra professor Fərhad Rəhmanov “Qarabağın işğaldan azad edilmiş rayonlarının investisiya potensialı”, professor Atik Kərimov “Azərbaycanda bank sektorunun mövcud vəziyyəti və perspektivləri”, dosent Lalə Həmidova “İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması perspektivləri”, professor Gülənbər Əzizova “Azərbaycan Respublikasında investisiyaların sosial səmərəliliyi” mövzularında çıxışlar ediblər. Dosentlər Elşən Əhmədov və Elmira Qocayeva, baş müəllim Fidan Əsgərova, müəllimlər Günay “Əlizadə, Fərəh Rəhmani Qarabağın azad edilmiş ərazilərində iqtisadi canlanmadan, “yaşıl enerji” zonasının yaradılması üzrə Yaponiya təcrübəsi və onun Qarabağda tətbiqi perspektivləri, Şuşa şəhərində turizm sahəsinin inkişafı ilə bağlı məruzələrlə çıxış ediblər.

Maraqla qarşılanan məruzələrdən sonra professor Fərhad Rəhmanov, dosentlər Ramis Əzizov, Natiq Qurbanov, Eldar Quliyev və diqər əməkdaşların mövzu ilə bağlı sualları məruzəçilər tərəfindən cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay