UNEC-də “Elm Festifal”ı çərçivəsində “44 günlük müharibədən sonra bölgədə yeni iqtisadi reallıqlar: problemlər, perspektivlər” mövzusunda elmi seminar  keçirilib.

UNEC Elmi fəaliyyətin təşkili  və idarəsi departamentin direktoru, professor Zahid Məmmədovun təşkilatçılığı ilə keçirilən elmi seminarda Rus İqtisad Məktəbin direktoru, Koqnitiv İqtisadiyyat Mərkəzinin rəhbəri dosent Mənsur Bərxudarov mövzunun aktuallığından danışıb, seminarda aparılan müzakirələrin bu istiqamətdə əhəmiyyətli olacağını bildirib.

Seminarda Nəzəri və praktiki iqtisadiyyat kafedrasının müdiri professor Ümidvar Əliyev “Qarabağ iqtisadiyyatının səciyyəvi cəhətləri və işğaldan azad olduqdan sonrakı dövrdə inkişaf perspektivləri”, kafedranın dosenti Akif Məmmədov “İşğaldan azad olunmuş ərazilər də infrastrukturun bərpası kontekstində makroiqtisadi problemlər və onların mühüm həlli yolları”, dosent Fəridə Əmirova “İşğaldan azad olunmuş ərazilərin bərpasının sosial–iqtisadi problemləri” və dosent Mövlud Hüseynov “Qarabağın  yerli qiymətli üzüm sortlarını və milli şərab brendlərini bərpa edib inkişaf etdirək” mövzularında məruzələr ediblər.

Elm festivalı çərivəsində növbəti tədbir “44 günlük Müharibədən sonra bölgədə yeni iqtisadi reallıqlar: problemlər, perspektivlər”  mövzusunda olub.

RİM-in direktoru dosent Mənsur Bərxudarovun moderatorluğu ilə keçirilən elmi seminarda yeni statistik göstəricilər, müqayisəli təhlillərlə təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay