A

UNEC-də Elm festivalı çərçivəsində Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin İqtisadiyyat və idarəetmə kafedrası tərəfindən “Cəmiyyətin inkişafında elmin hərəkətverici qüvvəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə kafedra müdiri professor Yaşar Kəlbiyev elmin cəmiyyətdəki rolu barədə təqdimatla çıxış edib. O, iştirakçılara elm və texnikanın mahiyyəti, yaranması və inkişaf mərhələləri, informasiya cəmiyyəti, cəmiyyət üçün elm, texnika və təhsilin birgə fəaliyyəti, universitetlərdə elmin inkişafı, təhsilin rəqəmsallaşdırılması barədə ətraflı məlumat verib.

Çıxışdan sonra iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay