A

UNEC SABAH Mərkəzinin müəllimi və tələbələrinin məqaləsi beynəlxalq konfransın jurnalında dərc olunub.

UNEC SABAH-ın “Mühasibat uçotu və audit” ixtisasında təhsil alan 4-cü kurs tələbələri Günel Rüstəmlilər, Murad Namazov, Nəzrin Həsənzadə, Yusif Hüseynov və SABAH mərkəzinin müəllimi Aygün Abdulovanın müəllifi olduqları "Investment climate of Alat Free Trade Zone comparing to bordering countries" adlı məqalə Birləşmiş Krallığın Brayton (Brighton) şəhərində keçirilmiş "IV International Scientific and Practical Conference - International Scientific Discussion: problems, tasks and prospects" adlı konfransın jurnalında çap olunub.

Məqalədə Ələt Azad İqtisadi Zonasının və qonşu ölkələrin azad iqtisadi zonalarının hazırki vəziyyəti və gələcək perspektivləri araşdırılıb.

Müəllim və tələbələrimizi təbrik edirik, gələcək akademik fəaliyyətlərində uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay