Gənc Alim və Tələbələrin Elmi-Tədqiqat İşlərinin “Ərazilərin rəqabətqabiliyyətliliyi” Beynəlxalq Müsabiqənin “Mezoiqtisadiyyat” istiqaməti üzrə birinci mərhələsinin nəticələrinə əsasən, 4 ali məktəbi təmsil edən iştirakçıların 26 işi finala buraxılıb.
Finalda 26 iştirakçıdan 18-I UNEC-i, 6-sı Memarlıq və İnşaat Universitetini, biri Azərbaycan Turizm və Menecment Universitetini, bir nəfər isə Milli Aviasiya Akademiyasını təmsil edib.
Münsiflər heyətinin qərarı ilə müsabiqənin qalibi “Turizm sənayesində mədəniyyət paytaxtı Şuşanın inkişaf perspektivləri” mövzusunda məqalə və çıxışına görə 93 bal toplayan Azərbaycan Turizm və Menecment Universitetinin doktorantı Novruzov Seymur olub.
II yerə UNEC-in doktorantı Əlizadə Günay İntiqam qızı “Azərbaycan timsalında sahə kontekstində əmək məhsuldarlığının faktorlu təhlili” mövzusuna görə, III yerə “Azərbaycanda Azad İqtisadi Zonaların yaradılmasının xüsusiyyətləri” mövzusunda çıxışına görə UNEC-in tələbəsi Nigar Həsənli, IV yerə UNEC-in magistrantı Salman Hümbətov “Azərbaycanın iqtisadi rayonlarında sahibkarlıq fəaliyyətinin rəqabətqabiliyyətliliyi” mövzusuna görə, V yerə isə “COVID-19 pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirinin ilkin qiymətləndirilməsi” mövzusunda məqaləyə görə UNEC-in magistrantı Aliyə Tağıyeva layiq görülüb.
Qaliblər 27 aprel 2022-ci il tarixində keçiriləcək beynəlxalq müsabiqənin super-finalında Azərbaycanı təmsil edəcəklər.