A

Aprelin 26-da UNEC-in birgə təşkilatçılığı ilə XII Beynəlxalq Avrasiya Gənclər İqtisadi Forumunun rəsmi açılışı olub.

Tədbirin açılışında çıxış edən Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubov forumun əhəmiyyətindən danışaraq, forumun işinə uğurlar arzulayıb.

Ural Dövlət İqtisad Universitetinin professoru V.J. Dubrovski forumun Azərbaycan platformasında təşkilini yüksək qiymətləndirərək, forumun Avrasiya qitəsi ölkələri arasında akademik və təhsil sahəsində əməkdaşlığının ölkələrimizin texnoloji inkişafının sürətləndirilməsinə töhfə verəcəyini diqqətə çatdırıb.

Çıxışlardan sonra iştirakçılar forum barədə fikirlərini bölüşüblər və təkliflər səsləndiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay