A

UNEC Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Zaqatala filialının əməkdaşları və tələbələri üçün “UNEC-də Elektron resurslardan istifadə qaydaları və elektron kitabxana xidmətləri” adlı onlayn tədbir keçirilib.

Tədbirdə KİM-in direktoru, tar.ü.f.d. Adilə Abdullayeva elektron kitabxana haqqında məlumat verərək, library.unec.edu.az veb səhifəsi vasitəsilə elektron kitabxananın strukturu, resursları, onlayn xidmətləri və layihələri əyani şəkildə təqdim edib. Elektron kitabxana ilə yanaşı, mərkəzin abunə olduğu beynəlxalq resurslar, onların məzmunu, iş prinsipi və kitabxananın təqdim etdiyi elektron sənəd mübadiləsi xidmətləri də diqqətə çatdırılıb. Kitabxananın abunə olduğu 3 beynəlxalq baza -“IPR Smart”, “EBSCO”, “Emerald” haqqında da ətraflı məlumat verilib. Tədbir iştirakçılarına kitabxananın elektron kataloqu və kataloqda səmərəli axtarış metodikası və müxtəlif axtarış üsulları barədə əyani şəkildə informasiya təqdim edilib. Mərkəzin ADA universitetinin beynəlxalq resurslarına çıxış imkanları da filialın müəllim-tələbə heyətinin diqqətinə çatdırılıb.

Onlayn görüş zamanı o da qeyd edilib ki, rektorun əmrinə əsasən, UNEC-in Zaqatala filialının kitabxanasına tələbata uyğun 150 nüsxəyə yaxın kitab təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay