A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Dördüncü Sənaye İnqilabı dövründə akademik kitabxanaların fəaliyyət istiqamətləri (Türkiyə təcrübəsi)” mövzusunda vebinar keçirilib.

UNEC-in Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayevanın moderator olduğu vebinarda Türkiyə universitetlərindən - Marmara Universiteti, Yozgat Bozok Universiteti, Kastamonu Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Artvin Çoruh Universiteti, Boğaziçi Universiteti və Azərbaycan universitetlərindən - ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti və digər ali təhsil müəssisələrinin kitabxana rəhbərləri, kitabxana mütəxəssisləri iştirak ediblər.

Tədbirdə “Dördüncü Sanayi Devrimi ve Akademik Kütüphaneler”, “Endüstri 4.0 prespektifinde girişimci üniversite vizyonu ve üniversite kütüphanesinin dönüşümü: Yozgat Bozok üniversitesi örneği”, “Online kitabxanalar, məlumat bazaları və akademik fəaliyyət: haradan və necə başlamalı?” , “Yerel ve uluslararası kütüphaneler arasında kaynak paylaşımı” , “ANKOS kapsamında elektrik bilgi kaynakları abonelik süreçleri (Türkiye ve KKTC)” mövzularında təqdimatlar olub.

Vebinarda qabaqcıl Türkiyə universitetlərinin dəyərli mütəxəssislərinin, kitabxana rəhbərlərinin təqdimatında IV Sənaye İnqilabının kitabxana işinə və kitabxanaların fəaliyyətinə təsiri dəyərləndirilərək kitabxanalarda baş verən texnoloji innovasiyalar, robot və kiber sistemlərin idarə etdiyi smart kitabxanaların formalaşması, “Big Data”ların kitabxanalarda istifadəsi və analitik təhlillərin aparılması, ölkədaxili və beynəlxalq kitabxanalararası resurs mübadiləsinin təşkili kimi məsələlər üzrə müzakirələr aparılıb.

VEBİNARI İZLƏYƏ BİLƏRSİNİZ

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay