A

UNEC-də laboratoriyaların işinin təşkilinin mövcud vəziyyəti və inkişaf istiqamətlərini müzakirə etmək məqsədilə UNEC rektoru professor Ədalət Muradov müvafiq struktur rəhbərləri ilə görüşüb.

Görüşdə rector Ədalət Muradov bildirib ki, dünya səviyyəli universitetlər sırasında yer almağı hədəfləyən UNEC laboratoriyaların işinin səmərəli təşkili və idarə olunmasına xüsusi önəm verir. UNEC-in tədqiqat universitetinə çevrilməsi istiqamətində qarşıya qoyulan strateji hədəflərdən danışan rektor, laboratoriyaların işinin təkmilləşdirilməsinin vacibliyini, virtual laboratoriyalardan səmərəli istifadənin zəruriliyini diqqətə çatdırıb. Rektor bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Sonra UNEC-in Laboratoriyaların işinin təşkili mərkəzinin direktoru Tural Nağıyev mərkəzin mövcud vəziyyəti barədə təqdimatla çıxış edib, O, UNEC-də texniki və texnoloji sahələr üzrə 15 tədris laboratoriyasının fəaliyyət göstərdiyini, 4 laboratoriya üzrə 100-dən artıq laboratoriya işinin yerinə yetirildiyini bildirib. T.Nağıyev laboratoriya dərslərinin təşkili istiqaməti mərkəzində gördüyü işlər barədə məlumat verib.

TMKTM-in direktor müavini, Tədrisin təşkili şöbəsinin müdiri dosent Sevda Sərdarova laboratoriya dərslərinin keçirilməsi ilə əlaqədar Mühəndislik və Rəqəmsal iqtisadiyyat fakültələrinin professor-müəllim heyəti və tələbələri arasında keçirilmiş sorğu anketinin nəticələrini açıqlayıb.

Təqdimatlardan sonra təkliflər səsləndirilib.

TOP XƏBƏRLƏR