A

UNEC-in nümayəndə heyəti 13-19 oktyabr tarixlərində Türkiyənin Boğaziçi, Koç və Mərmərə universitetlərinin kitabxana işi ilə tanış olmaq məqsədilə həmin universitetlərdə təcrübə mübadiləsində iştirak ediblər.

Təcrübə mübadiləsinin son günündə nümayəndə heyəti Mərmərə Universitetinin prorektoru, kitabxana rəhbərliyi və kollektivi ilə görüşüb. Görüşdə Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayeva UNEC-in Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti, yeni xidmətlər, layihələr, verilənlər bazası ilə iş, e-kitabxana resursları barədə təqdimatla çıxış edib. Türkiyəli həmkarların maraqla qarşıladıqları təqdimatdan sonra mübadilə proqramı çərçivəsində əldə edilən biliklər, kitabxanalararası əlaqələrin qarşılıqlı inkişafı, kitabxana resurslarının mübadiləsi istiqamətində müzakirələr aparılıb.

Görüşdə UNEC-in nəşrləri olan “Azərbaycan iqtisadiyyatı: infoqrafika” və “UNEC şəhidləri” kitabları Mərmərə Universitetinə hədiyyə olunub. 

Sonda Mərmərə Universitetinin prorektoru prof.dr. Hasan Korkut və kitabxana direktoru dr. Öndər Bayır UNEC əməkdaşlarını “Mesleki Bilgi Paylaşım Proqramı”nı uğurla başa vurması münasibətilə təbrik edərək, nümayəndə heyətinə sertifikatlar təqdim ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay