A

UNEC-in Rus İqtisad Məktəbi və Türkiyənin Selçuk Universitetinin İqtisadi və İdari Bilimlər Fakültəsinin birgə təşkilatçılığı ilə “2020-ci il müharibəsindən sonra Qarabağda vəziyyət: Azərbaycan üçün yeni fürsətlər və təhdidlər” mövzusunda onlayn konfrans keçirilib.

Konfransda UNEC-in müəllimləri Təranə Şirvanova, Pərviz Səmədov və Anar Eyyubov Vətən müharibəsinin başlama səbəbləri və nəticələri, bu hadisələrə beynəlxalq aləmin münasibəti və təsiri, eləcə də parlaq zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri barədə təqdimatla çıxış ediblər.

Çıxışlardan sonra türkiyəli müəllimlərin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay